Tehran metrosunda iki qatarın toqquşması nəticəsində 48 nəfər xəsarət alıb.

Unikal.org xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İran dövlət televiziyası bildirib.

Metropolitenin mətbuat xidmətinin nümayəndəsinin verdiyi məlumata görə, tuneldən çıxan qatar şəhərin qərbində yerləşən Taraşt stansiyasında dayanan digər qatarla toqquşub.

Telekanalın məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar şəhərin 3 xəstəxanasına yerləşdiriliblər.