İran İslam Respublikasının parlamentində atışma olub.
Unikal.org-un xəbərinə görə, bu barədə İranın "Fars və "Mehr Xəbərə Agentlikləri məlumat yayıb. Məlumatlarda bildirilir ki, hazırda parlamentdə atışma səsləri eşidilir.
İlkin məlumata görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, bir neçə nəfəri girov götürüb.
***
İranda atışma zamanı bir mühafizəçi həyatın itirib. Millət vəkili İlyas Hezretinin bildirdiyinə görə, parlamentə 3 nəfər hücum edib. Onlardan ikisi kalaşnikov və bir nəfərində əlində tapança olub. Onların hər üçü yaxalanıb.
Bu arada Tehranın cənubunda yerləşən Xomeyninin abidə məzarında da bir adamın atəş açdığı deyilib. İranda İmam Xomeyninin hərəminə girən silahlı şəxs atəş açması nəticəsində bir neçə adamı yaralayıb.