İran ərazisində bütün təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
Unikal.org bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib. O bildirib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar: "İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Terrorçular parlamentin əsas binasına deyil, ətrafdakı binasına soxulublar.
H. Zülfüqarinin sözlərinə görə, terrorçular 4 nəfər olub, onlardan 1-i öldürülüb, 1 nəfər isə özünü partladıb: "İndiyədək parlamentdə 2 nəfər öldürülüb. Terroristlər mühasirədədir.
İRNA dövlət agentliyi isə İmam Xomeyninin məqbərəsində terrorçulardan birinin sağ ələ keçirildiyi və atışmanın davam etdiyi barədə xəbər yayıb.