Türkiyənin Diyarbakır şəhərində 14 yaşlı qız tanışını zorlayan 18 yaşlı Azat E.-yə hökm oxunub.
Unikal.org xəbər verir ki, Baş prokurorluğun iddianəməsinə görə, lisey şagirdi olan 14 yaşlı qız İ.A. 2014-cü ilin avqustunda eyni liseydə oxuduğu oğlan şagird Azat E. ile Novruz parkı ərazisindəki boş ərazidə bir neçə dəfə cinsi əlaqəyə girib. Ailəsinin olayı öyrənməsi sonrası təqsirləndirilən şagird Azat E.-nin qızı almağı haqda qərar çıxaran prokurorluq bu zaman şübhəlinin yaşadıqları ərazidən başqa rayona köçdüyünü öyrənib.
İ.A.-nın atası iki gün sonra polisə şikayət edərək qızının yaşının 15-dən az olduğu üçün təqsirləndirilən şəxs barəsində cinayət işinin açılmasını və məsələyə ciddi şəkildə baxılmasını tələb edib. Prokuror məhkəmədə şübhəli Azat E.-yə 8 ildən 15 ilə qədər həbs cəzası tələbi ilə çıxış edib.
Azat E. ifadəsində qızın dostu olduğunu bildirərək "Olaydan öncə ailəsinin onu çölə atdığını, qalacaq yeri olmadığını söyləyib, məndən kömək istəyib. Mənə şər atırlar" deyib.
Məhkəmə Azata 13 il 4 ay hökm oxuyub.