Türkiyədə dəhşətli hadisə baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonquldağda yaşayan M.K bacısına təcavüz edib.
Belə ki, hadisə, 2011-ci ilin may ayında Çaycuma mahalındakı bir kənddə baş verib. Mədən işçisi olan M.K., iddiaya görə evə sərxoş vəziyyətdə gələrək bacısı C.K.'yı zorlayıb. M.K., bu iyrənc hərəkətini sonrakı günlərdə də 2 dəfə təkrarlamayıb. Beləliklə bu müddətdə hamilə qalan C.K., kənd muxtarı və yaxınları tərəfindən başqa bir kişilə evləndirildi.
Evləndikdən sonra körpəsini dünyaya gətirən C.K., 5 il sonra aidiyyatı qurumlara müraciət edərək başına gələn hadisəni danışıb. DNA müayinəsindən sonra körpənin atasının həqiqətən M.K. olduğu aydın olub.
Keçən ilin noyabr ayında həbs olunan M.K., Zonguldak 1-ci Ağır Cəza Məhkəməsində, 'Cinsi istismar', 'adamı azadlığına məhrum etmə' cəzasından açılan iddiada hakim qarşısına çıxıb.
Hakim qarşısında çıxış edən M.K hadisədən peşiman olduğunu bildirib.
M.K.-nın həbs halının davamına qərar verən məhkəmə, C.K.'nın ifadəsinin alınması üçün məhkəməni təxirə salıb.