Gürcüstanda baş verən zəlzələnin maqnitudası 5,1 bal təşkil edib.

Unikal.org  xəbər verir ki,  bu barədə Milli Seysmoloji Mərkəz xəbər verib.

Məlumata görə, zəlzələnin episentri Siqnaxi şəhərinin yaxınlığındakı Kvemo Mağoro kəndində yerləşib.

22:53

Gürcüstanda yerli vaxtla saat 22.26-da zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, zəlzələ paytaxt Tiflis və azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda hiss edilib.

Yeraltı təkanların maqnitudası və xəsarət alanların olub-olmadığı barədə hələ ki, məlumat verilməyib.