Bu gün Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya müdafiə nazirliyindən bildirilib.
Məlumata əsasən, Şimali Koreya Yapon dənizinə bir neçə ballistik raket buraxıb. Sınaqların nəticələri barədə məlumat verilmir. İlkin ehtimala əsasən, bu dəfə Şimali Koreya hərbçiləri gəmi əleyhinə raketləri sınaqdan keçirib. "Yer-gəmi" ballistik raketləri ölkənin şərq sahillərində, Vonsan ərazisində buraxılıb.
İlkin ehtimala görə, mərasimdə Şimali Koreyanın lideri Kim Çen In də iştirak edib.
Siyasətçilər Şimali Koreyanın bu addımını ABŞ-ın acığına atdığı bildirirlər. Vurğulanıb ki, son günlər ABŞ prezidenti Donld Trampın Şimali Koreya ilə müharibə bəyanatları Kim Çen Ini qəzəbləndirib.