ABŞ-ın Ukraynadakı səfirliyinin ərazisində partlayış törədilib.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxt Kiyevin Şevçenko rayonunda baş verib.
Hüquq-mühafizə orqanları "terror aktı" maddəsi ilə cinayət işi açıb.
Məlumata görə, hadisə gecə saatlarına baş verib.
Naməlum şəxslərin diplomatik nümayəndəliyin ərazisinə partlayıcı qurğu atdığı bildirilir. Partlayış nəticəsində xəsarət alan olmayıb.