O, doğulanda həkimlər heyrətlənmiş, sonra isə təssüflə demişdilər: "Bu uşağın yaşamaq şansı çox azdır. Onun ömrü qısa olacaq".

Səbəb Tres Consonun anadangəlmə kəllə-üz fəsadlı olması idi. Tresi "iki üzlü uşaq" adlandırırdılar.

Unikal.org milli.az-a istinadən bildirir ki, Tres belə xəstəliyi olan və hazırda dünyada yaşayan 36 nəfərdən biridir.

İki üzlü sindromla doğulan uşaqların total əksəriyyəti 1 yaşına çatmamış vəfat edir. Tres isə həkimləri təəccübləndirməkdədir.

ABŞ-ın Missuri ştatındakı Berni şəhərində yaşayan Tres Consonun iki üzü olsa da, o, şən və nikbin oğlandır.

Tresin atası Coşua və anası Brendinin dediyinə görə, onlar övladlarının sağ qalması, yaşaması üçün mübarizə aparıblar.

"Tresin bu yaşa çatacağını düşünmürdük. Çünki həkimlər bədbin idilər. Fəqət, indi Tres bizimlədir və biz də buna çox şadıq. Onun yaşamı həyat uğrunda mübarizədir", - 35 yaşlı Brendi deyib.

b_520_0_16777215_0___images_stories_007IYUN_iki_uz_1.jpeg

b_520_0_16777215_0___images_stories_007IYUN_iki_uz_2.jpeg

b_520_0_16777215_0___images_stories_007IYUN_iki_uz_3.jpeg

b_520_0_16777215_0___images_stories_007IYUN_iki_uz.jpeg