Qətərin Yəmənə qarşı hərbi əməliyyatlarda iştirak edən hərbçiləri ölkəyə qayıdıb.
Bu barədə informasiyanı Qətər Milli Televiziyası öz Tvitter səhifəsində paylaşıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla, 10 ölkə Qətərlə münasibətlərini dayandırıb. Bundan sonra Yəməndəki ərəb koalisiyasının rəhbəri olan Səudiyyə Ərəbistanı Qətərin Yəməni tərk etməsini tələb edib.
Qətərin Yəməndə 1000-ə yaxın hərbçisi vardı.