Türkiyənin Samsun şəhərində hərbçiləri daşıyan avtobusun aşması nəticəsində 47 nəfər yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Ankara-Samsun avtomobil yolunun Kavak rayonu hissəsində yolun kənarındakı baryerlərə çarpılaraq çevrilib.

Hərbçiləri Tokatdan Samsunun Çarşanba Hava Limanına aparırmışlar.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.



Samsun'da Acemi Birliğini Taşıyan Otobüs...by haberler