Xeyli vaxtdır ictimaiyyət arasında görünməyən Suriya prezidenti Bəşər Əsədin yeni videosu yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Suriyada qanlı döyüşlərin getdiyi vaxtda Bəşər Əsəd paytaxt Dəməşqin küçələrində sürücüsüz, cangüdənsiz gəzərkən görüntülənib.
Suriya prezidentini küçədə görən yerli sakinlər təəccüblərini gizlətməyiblər.

Bəşər Əsəd sadə vətəndaşlarla söhbət edib.