İranın Xuzestan əyalətinin Ramxormoz bölgəsində iyunun 9-u icmalar arasında baş verən toqquşmalar zamanı azı 22 nəfər həlak olub.

Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Röyters agentliyi xəbər verir.

Yerli icra hakimiyyətinin nümayəndəsi Hedayatolla Xademi bildirib: "Təəssüf ki, ötən gecə baş verən toqquşmada müasir ordu silahdan istifadə olunub və 22 nəfər həlak olub".

Onun sözlərinə görə, insidentin səbəbi icmalar arasında olan uzunsürən münaqişə olub.