Gündəlik həyat tərzindən uzaqlaşıb, fərqli məkanlara üz tutmaq və tətildə yeni gözəlliklər kəşf etmək istəyən insanlar az deyil.
Unikal.org teleqraf.com-a istinadən maraqlı dizaynlı otelləri təqdim edir.
Free Spirit Spheres (Azad ruh kürələri), Vankover adası
Meşəlikdə yerdən 5 metr yüksəklikdə ağaclardan asılmış kürə formasındakı otaqlarıyla bütün dünyada məşhur olan, fərqli üslubda inşa edilmiş oteldir. Ada Britaniya Kolumbiyası ilə Kanada arasında yerləşir.
Ada macərapərəst turistlərin istirahət ünvanı hesab olunur.
"Karosta" həbsxanası, Latviya
Məhkumluğun, həbsxanada qalmağın və ya bir gecəni təcridxanada keçirməyin nə demək olduğunu bilmək istəyənlər bu otelə üz tutur. Belə bir qəribə tətili arzulayanlar "Karosta" həbsxana otelini seçə bilər.
Keçmişdə həbsxana olmuş "Karosta" hazırda fərqli üslubu ilə xidmət göstərən maraqlı bir otelə çevrilib.
Müştərilərinə dünya standartlarına uyğun xidmət göstərən otel macərapərəstlərə dəmir barmaqlıqlar arxasında unudulmaz yaşantılar vəd edir.
"Aquarium de Paris", Paris
Dünyanın ilk sualtı otel otağını müştərilərinə təqdim edən "Aquarium de Paris" düz Eyfel qülləsinin düz qarşısında yerləşir. Cütlüklər üçün xüsusi olaraq dizayn edilmiş otağın yerləşdiyi akvariumda 35 yırtıcı nərə balığı var.
Şüşə divarlı otaqda 360 dərəcəlik panorama mövcuddur. Bu otağı bir neçə saatlıq kirayələmək də mümkündür. Burada uşaqlı ailələr də qalırlar.
"Kitab və Yataq", Tokio
"Kitab və Yataq" ("Book and Bed") oteli tətilini çoxlu kitab oxumaqla keçirmək istəyən turistlər üçün ideal yer sayılır. Başqa otellərlə müqayisədə, münasib qiyməti, müxtəlif növ və dildə olan 3200 kitabla öz orijinallığı ilə seçilir.
Bu oteldə rahat yataqlar, qabarıq yastıqlar və yüngül yorğanlar yoxdur. Otelin sahibi So Rikimaru deyir ki, bəzi turistlər 5 ulduzlu otelə gedib, onun barında yatmaq istəyir: "Yəni hər turist rahat yataq istəmir, biz bunu nəzərə alıb bu oteli yaratdıq".