Hindistanda vertolyot qəzaya uğrayıb.
Unikal.org "Report"a istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə ölkənin şimalındakı Uttarakhand ştatında qeydə alınıb. Belə ki, xüsusi aviaşirkətə məxsus "Agusta 119" vertolyotu Haridvar şəhərinə uçuş zamanı havanın təzyiqinin aşağı olması səbəbindən müvazinətini itirərək yerə düşüb. Nəticədə vertolyotun mexaniki ölüb, iki pilot isə xəsarət alıb.
Hadisə zamanı vertolyotun göyərtəsində beş nəfər olub, lakin onlar xəsarət almayıblar.