İyunun 11-də Fransada parlament seçkilərinin ilk turu keçirilir.
Unikal.org-un məlumatına görə, səsvermə saat 18:00-dək davam edəcək.
Ölkədə 67 min seçki məntəqəsi var. Seçkilərin ikinci turuna çıxmaq üçün müxtəlif partiya və seçki bloklarının irəli sürdüyü 7 877 namizəd mübarizə aparır.
Milli Məclisə 577 deputat seçilməlidir.