Bu gündən etibarən Ukrayna vətəndaşları 90 gün müddətinə qədər Avropa İttifaqı ölkələrinə vizasız səfərlər edə bilərlər.
Unikal.org-un məlumatına görə, virtualaz.org Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq, 600-ə yaxın ölkə vətəndaşı Avropa ölkələrinə yollanıb.
Barselonada bir qrup ictimai fəal ukraynalı turistləri "Ukraynalıları Avropada salamlayırıq" şüarları ilə qarşılayıblar. Bu gün şəhərə Kiyevdən daha bir təyyarə gəlməlidir.
Avropaya vizasız səfər etmiş ilk ukraynalıların şəkillərini özünün Tvitter mikrobloqunda Ukraynanın xarici işlər naziri Pavel Klimkin paylaşıb.