Ada ölkəsi olan İslandiyada yaşayan türk vətəndaşı Alptuğ Ərkoç təxminən 22 saat oruc tutur.

Ərkoç deyir ki, yaşadığı məkanda günlər uzun olduğu üçün axşam namazı ilə sabah namazı arasında çox qısa bir müddət var:

"Təxminən gecə saat 12-də orucumuzu açırıq, saat 02.15-də isə yenidən oruca başlayırıq".

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, İslandiya say etibarilə ən az müsəlmanın yaşadığı ölkələr arasında yer alır. Sayları 1500-ə yaxın olan müsəlmanlar 330 min nəfərlik İslandiya əhalisinin 0.5 faizini təşkil edir. Bu ölkə eyni zamanda ən az türk vətəndaşının yaşadığı ölkələrdəndir. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatlarına görə, Ada ölkəsində 80-ə yaxın türk vətəndaşı yaşayır və qeydiyyata düşüb.

İslandiyadakı türk vətəndaşlarından biri də Türkiyənin Balıkəsir şəhərində dünyaya gəlmiş Alptuğ Ərkoçdur. Bir İslandiya vətəndaşı ilə evlənib, paytaxt Reykjavikə köçən 30 yaşlı Ərkoç bir dövlət xəstəxanasının psixiatriya klinikasında çalışır. Ayşənur və Nisanur adlarında 4 və 2 yaşlarında iki qızı olan Ərkoş ramazan ayında orucunu da məsciddə açır.

Ərkoç deyib ki, gecə saat 12.00-də axşam namazını qılıb ondan sonra yeməyini yeyir və dərhal namaza başlayır. İki rükət namaz qılandan 10-15 dəqiqə sonra isə sübh namazı qılmağa və oruca başlayırlar. İslandiyada ramazan ayı gözəl keçsə də, Türkiyədəki kimi atmosferin olmadığını deyir.

İftarını açdığı məscidə qızlarını da aparan Ərkoç deyib ki, uşaqlarının da dinlərini tanıması üçün əlindən gəldiyi qədər onları məscidə aparır: "Hər zaman yanıma gəlib, üstümə çıxmağa çalışırlar, ya da bəzən mənim hərəkətlərimi təqlid edirlər. Bununla da yavaş-yavaş İslamı və namaz qılmağı öyrənirlər".

Ərkoç 10 dəfə dünyanın ən rahat və huzurlu ölkəsi seçilən İslandiyanın xalqı və təbiətinə görə çox gözəl bir ölkə olduğunu deyib.

Gündə 22 saat oruc tutur - FOTO