İran rejissoru Məcid Məcidinin məşhur "Məhəmməd: Allahın elçisi filmində İslam peyğəmbərinin 10-12 yaşlarını canlandıran uşağın fotosu yayılıb.

Unikal.org-un kulis.az-a istinadən verdiyi xəbərə görə, Ümid Heydəri adlı bu uşaq əslən azərbaycanlıdır.

Xatıraladaq ki, "Məhəmməd: Allahın elçisi filmi peyğəmbərin görünüb-görünməməsi mövzusunda xeyli söz-söhbətə səbəb olmuş, bəzi radikal dini qanadlar filmin kinoteatrlarda nümayişinə etiraz etmişdilər.

Buna baxmayaraq film bir sıra ölkələrdə uğurla nümayiş olunmuş, iyunun 6-da Türkiyənin ATV kanalında yayımlanmışdı.