İstanbulda ağır yol qəzası baş verib.

Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, iki sərnişin avtobusunun toqquşması nəticəsində 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onlardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbləri barədə məlumat verilmir.