Fransada keçirilən birinci tur parlament seçkilərində ölkə başçısı Emmanuel Makronun "İrəli partiyası liderlik edir.

Unikal.org Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-pollar Makronun partiyasının 30% səs topladığını göstərir.

"Respublikaçılar 19-20, "Milli Cəbhə isə 17% səs toplayıb.

Seçkilərin ikinci turuna çıxmaq üçün müxtəlif partiya və seçki bloklarının irəli sürdüyü 7 877 namizəd mübarizə aparır.