Bu gün Türkiyə ərazisində güclü zəlzələ baş verib.
 
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin ocağı Egey dənizində, İzmirin Karaburun rayonu sahillərində olub.

Kandil Rəsədxanası zəlzələnin gücünün 6,3 bal olduğunu açıqlayıb.
 
Yeraltı təkan İstanbul, İzmir və Çanaqqalada hiss edilib.