Mingəçevirdə elektrik cərəyanı vuraraq faciəvi şəkildə dünyasını dəyişən dönərçi Anar Həsənovun yoldaşı Ülkər Həsənova bir neçə gün öncə Unikal.org-a müraciət edərək 3 övladı ilə birgə acınacaqlı durumdaı olduğunu bildirmişdi.
Unikal.org bildirir ki, Ü.Həsənova çarəsiz durumda olduğunu və aidiyyatı qurumlardan, millət vəkilindən ona köməklik göstərilməsini xahiş etmişdi.
Bu gün mərhum dönərçinin xanımı bizimlə əlaqə saxlayaraq bildirdi ki, millət vəkili Aydın Mirzəzadə onunla əlaqə saxlayaraq problemi ilə maraqlanıb: "Hörmətli millət vəkilimiz mənimlə əlaqə saxladı. Vəziyyətimlə maraqlandı. Bir müddət sonra köməkisi yaşadığı evə gəldi, ərzaq yardımı etdi. Sığınacaq problemimin həll ediləcəyini dedi. Yaxın günlərdə gözlərimlə bağlı müayinəyə göndəriləcəyəm. Buna görə Aydın müəllimə təşəkkür edirəm".