Bu ilin yanvar ayında ailəsi ilə birlikdə Azərbaycanıtərk edərək, Hollandiyaya sığınan "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev çətin durumla üzləşib.
Unikal.org bakupost.az-a istinadən xəbər verir ki, o, sığınacaq uçun müraciət etdiyi yerli məhkəmədən rədd cavabı alıb. Məhkəmə ona oturum verməkdən imtina edib və ölkədən deportasiya edilməsi barədə qərar çıxarıb.
Jurnalistə izah olunub ki, miqrasiya sahəsində Avropa ölkələri arasında əməkdaşlığı nəzərdə tutan "Dublin Sazişinə görə, o yalnız Avropaya daxil olduğu ölkədən siyasi sığınacaq istəyə bilər.
Məlum olub ki, Rahim Hacıyev Azərbaycandan əvvəlcə Fransaya uçub. Orada bir neçə gün qaldıqdan sonra isə Hollandiyaya, qohumlarının yanına gedib və bu ölkədən sığınacaq almaq üçün aidiyyəti orqanlara müraciət edib.
Yada salaq ki, Rahim Hacıyev Qənimət Zahid Fransaya köçəndən sonra "Azadlıq" qəzetinə faktiki rəhbərlik edirdi.
"Azadlıq" qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.
Bu ilin may aında isə Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında qəzetin elektron versiyası da (azadliq.info) bloklanıb. Buna səbəb kimi saytda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlmiş materiallar yayımlanması göstərilib.