Son günlərdə sosial mediada müzakirələrə səbəb olan "stress çarxı"nı indi də mini ox atanlar əvəz edib.

Unikal.org xəbər verir ki, Çin istehsalı olan üzərinə diş çöpü, iynə, mismar qoyub atılan mini oxlar bir anda ölkə gündəmini zəbt edib. Əhali bu "oyuncağ"ın uşaqların sağlamlıqları üçün çox ciddi təhlükə olduğunu bildirib: "Təcili istehsalı dayandırılmalıdır".

Xarici mətbuatın yazdığına görə, 20 metr məsafəyə yüksək təzyiqlə atılan ox şüşə stəkanı sındıra biləcək gücə malikdir.

Azyaşlıların dərhal diqqətini çəkən "oyuncağ"ın istehsalı çox sayda uşaq ölümlərinə səbəb ola bilər. Ehtiyatsız istifadə edildiyi halda uşaqların kor olmasına və daha ağır xəsarətlər almalarına gətirib çıxaracaq.

Çin mətbuatı yazır ki, çılğın ixtira əslində oyuncaq yox, soyuq silahdır: "Üzərinə diş çöpü deyil, iynə qoyub atsanız, bir insanı öldürə bilərsiz". (publika.az)
"Stress çarxı"ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - FOTO

"Stress çarxı"ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - FOTO