"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 2 milyard nəfəri ötüb.

Unikal.org xəbər verir ki, bu barədə "Facebook"un yaradıcısı Mark Zükerberq bildirib.

Bununla da "Facebook ən çox istifadəçisi olan sosial şəbəkəyə çevrilib.

Hazırda "Facebookun dünyanın 50-yə yaxın şəhərində 18 min nəfərdən çox işçisi var.

"Forbes nəşrinin son hesabatına görə, "Facebookun 33 yaşlı rəhbəri Mark Zükerberq cəmi 13 il ərzində dünyanın ən varlı 5 insanından birinə çevrilib.