Bakı şəhərindən 21 km məsafədə, Xəzər dənizi sahilində, Novxanı qəsəbəsində yerləşən "AF Hotel & Aqua Park Ailəvi İstirahət Mərkəzində yay mövsümü ilə əlaqədar qiymətlər kəskin bahalaşıb.

Unikal.org xəbər verir ki, istirahət mərkəzində bir günlük dincəlmək üçün ən azından 140 manatından keçməlisən. Bu məbləğə yalnız səhər yeməyi, fitnes zalından, baseyndən istifadə etmək mümkündür. Əgər günorta və axşam yeməyini də burada yesəniz ən azından gündəlik 200 manatınızdan keçməlisiniz. Bu da təbii ki, orta təminatlı Azərbaycan vətəndaşı üçün əlçatmaz qiymətdir.

İstirahət mərkəzində bir günlük lüks otaqda dincəlmək 350 manatdır. Burada lüks otağın ən aşağı qiyməti 250 manatdan başlayır. Təbii ki, adi otaqlarda olduğu kimi bu məbləğə səhər yeməyi, fines zalı, baseyndən istifadə etmək mümkündür.

Dəyişən yalnız otağın şəraitidir.

Unikal.org-a İstirahət Mərkəzinin nəzarətçisi açıqlamasında bildirib ki, qiymət artımı həm mövsümla, həm də ki İrandan Azərbaycana gələn turist axını ilə bağlıdır.

Belə çıxır ki, "AF Hotel & Aqua Park Ailəvi İstirahət Mərkəzində bir günlük ailəvi (say tərkibi 3-4 nəfər) istirahət etmək istəyən ən azından 700-1000 manat pul xərcləməlidir. Əks halda yalnız İstirahət Mərkəzinin qapısını görüb geri qayıtmalı olacaqsınız.

Qeyd edək ki, "AF Hotel & Aqua Park Ailəvi İstirahət Mərkəzində 10 gün əvvəl adi otaqda bir günlük qalmaq üçün 60 manat pul tələb olunurdu.