Azərbaycanda alimentlə bağlı məhkəmə qərarların dərhal icra olunması ilə bağlı daha bir dəyişiklik edilir.
Unikal.org Trend-ə istinadən bildirir ki, bununla bağlı "İcra haqqında" qanuna əlavə təklif edilir. Qanunun 13-cü maddəsinə (İcra sənədlərinin icraya yönəldilməsi müddətləri) təklif edilən yeni bəndə əsasən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilir.
Həmin maddəyə təklif edilən digər bəndə əsasən isə, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilməlidir.
Qeyd edək ki, bir müddət öncə alimentlərin alınması haqqında qərarların dərhal icraya yönəldilməsi ilə bağlı Mülki Prosessual Məcəlləyə də dəyişkilk edilmişdi.
Təklif edilən dəyişiklik Milli Məclisin iyunun 30-a təyin edilmiş növbədənkənar plenar iclasının gündəliyinə daxil edilib.