Qoç - Bu gün çoxlu danışıqlar və müzakirələrlə yadda qalacaq. Əksəriyyət çətin sualların cavabını axtarmağa çalışır. Hətta ən düzgün insanlar bu gün azca da olsa hiyləgərlik işlətməyə çalışacaqlar. Günün ikinci yarısı isə məsuliyyət hissi itəcək. Səfərə, özü də təklikdə, çıxmayın.
Günün devizi: ağıllı tək mən deyiləm!
Buğa - pul, həm də gəlirli təkliflər almaq şansınız çoxdur. Şəxsi həyatınızdakı dəyişikliklər sizi çaşdırır, amma bunlar elə də ciddi deyil. Şəraiti öyrənəndən sonra onun elə də pis olmadığı qənaətinə gələcəksiniz.
Əkizlər - çox işləməlisiniz. Yalnız bu cür mənfi meyllərin təsirindən qurtara və istədiyinizi əldə edə bilərsiniz. Heç kim köməyinizə tələsmir, amma bu elə də qorxulu deyil, hər şeyin öhdəsindən özünüz asanlıqla gələcəksiniz.
Xərçəng - məlahətiniz ətrafdakıların gözünü qamaşdırır. Münasibətlərinizdə diqqətli olun, bugünkü seçiminiz çox yanlış ola bilər. Köhnə dostlarınızı unutmayın. Onlar çətin anda sizi dəstəkləyəcək və darıxmağa qoymayacaqlar.
Şir - babat gündür, dözmək olar. Hərdən narahatlıq keçirəcəksiniz, amma bunların heç biri ciddi səbəbdən qaynaqlanmır. Planlaşdırdıqlarınızın öhdəsindən asanlıqla gələcəksiniz.
Qız - bir az romantik olun, gəzintiyə çıxın. Bir çox Əkizlər bu gün hisslərini etiraf etməkdə çox cəsarətli olacaqlar. Əla! Peşman olmayacaqsınız.
Tərəzi - sərbəst olmağa, müstəqil fəaliyyətə can atırsınız. Çoxları isə bunu intizamsızlıq, yelbeyinlik, məsuliyyətsizlik kimi qəbul edir. Bu gün investisiya yatırmağa dəyməz, ziyana düşərsiniz. Yaxınlarınıza diqqət ayırın.
Əqrəb - uğura arxayın olmayın, bu gün hər şeyi öz zəhmətiniz və inadınız bahasına əldə edəcəksiniz. Rəhbərliklə, rəsmilərlə münaqişəniz ola bilər. Siz çox sərbəstsiz, hərdən dözülməz dərəcədə.
Oxatan - nüfuzlu şəxslərdən kömək gözləməyin. Təəssüf ki, şəxsi həyatınızda da çətinliklər var. Xüsusilə gənc Buğalar üçün. Bunun bircə çıxış yolu var - olanları yaxşıca analiz etmək.
Oğlaq - düşünməyin ki, bütün dünya sizin əleyhinizə qalxıb. Tezliklə hər şey düzələcək. Maliyyə işlərində ehtiyatlı olun. Sizin üçün vacib olan layihələrin taleyini tanımadığınız insanlara həvalə etməyin.
Dolça - müşküllər artır. Elə də qorxulu deyil, amma nəticəsi də ürəkaçan deyil. Dostlarınızla görüşün. Amma sevgilinizlə görüş alınmayacaq, kədərlənə bilərsiniz. Yaşlı qohumlarınızla münasibətlərdə diqqətli olun.
Balıqlar - təmkinli olmağa çalışın. Hansısa nəticə əldə etmək çətindir. Yaradıcılıq və fəlsəfi fikirlərə dalmaq üçün əla gündür, fiziki işlər isə alınmayacaq. Peşəkar fikir ayrılığı mümkündür.