Məşhur italiyalı iş adamı, "Formula-1də "Renault şöbəsinin keçmiş rəhbəri Flavio Briatore "Twitter mikrobloqunda Bakıda "Formula-1 qonaqları üçün təşkil edilmiş rəsmi qəbuldan video paylaşıb.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki. videogörüntülərə əsasən demək olar ki, qəbul Bakının dəbdəbəli restoranlarından birində təşkil edilib. Xarici qonaqlardan savayı, burada azərbaycanlı nazirlər də iştirak edib.
Məsələn, masa arxasında oturmuş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Formula-1in keçmiş başçısı Berni Ekklstounla və digər qonaqlarla nəyisə aktiv şəkildə müzakirə edir.
Qonşu masanın arxasında isə xarici işlər naziri Elmar Məmmədyarov əyləşib.
Zalda isə canlı musiqi çalınır və italyanca mahnı oxunur.