Azərbaycanlı iş adamı Aşur Ağayev və həyat yoldaşı Zenfira Ağayevin oğlulları Amit Ağayev evlənib.

Unikal.org qaynarinfo-ya istinadən xəbər verir ki, iş adamının oğlu Adil Həsənov - Səadət Həsənovanın qızı Ayla Həsənova ilə ailə həyatı qurub.

Toy mərasimi dünən axşam İstanbulun ən bahalı otellərindən biri olan "Les Ottomans"dabaş tutub. Otelin bağçasında - hovuz başında keçirilən toya Azərbaycanın iş və cəmiyyət həyatından tanınmış insanlar qatılıb.

"Palmali"nin sahibi Mübariz Mənsimovun bacısı oğlu olan Amit Ağayev toyda "Biography"dən kostyum, Ayla Həsənova isə türk stilist Ozem Keskinin hazırladığı gəlinlik geyinib.

Qeyd edək ki, Amit Ağayev və Ayla Həsənova xarici ölkələrin birində qatıldıqları doğum günü mərasimində tanış olub.