"İşğal altında olan rayonların adlarınının kafelərə, restoranlara, şadlıq evlərinə, çayxanalara verilməsi biabırçılıqdır

Bunu Unikal.org-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. O, qeyd edib ki, bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, heç bir nəticəsi olmayıb:

"Təəssüf edirəm ki, qarşısını ala bilmədik. Bu epidemiya kimi yayılıb. Çoxu deyir ki, bu rayonların adını yaşadırıq. Bunun da bir ölçüsü olmalı, müəyyən məhdudiyyətlər tətbiq edilməldir. Hesab edirəm ki, bu məsələ qanunvercilik səviyyəsində öz həllini tapmalıdır. Bu sadəcə biabırçılıqdır. Şadlıq evləri, kafelər, restoranlar çayxanalar, hara gəldi bu adları verirlər. Hesab edirəm ki, bu yolverilməzdir.

O.Həsənli