"Azadinform İnformasiya Agentliyinin Baş redaktoru, araşdırmaçı-jurnalist Niyaz Niftiyevin "Mətbuatda multikulturalizm" (Azərbaycan və dünya təcrübəsi) adlı yeni kitabı işıq üzü görəcək.

Unikal.org xəbər verir ki, bu barədə N.Niftiyev özü facebook səhifəsində məlumat verib.

O, yeni kitabı barədə bunları deyib:

"Əziz dostlar, həmkarlar!
Bir neçə ildir üzərində çalışdığım "Mətbuatda multikulturalizm" (Azərbaycan və dünya təcrübəsi) adlı kitabım (248 səh) artıq çapa hazırdır. Kitabda Azərbaycan mətbuatı tarixində multikultural nəşrlər araşdırılıb. Azərbaycanda yaşayan xalqlara ölkə KİV-in münasibəti öyrənilib, verilən yazılar monitorinq olunub, onların statistikası aparılıb.
Milli azlıqların mətbuat tarixi araşdırılıb, bu sahədə mövcud olan beynəlxalq konvensiyalardan nümunələr göstərilib, dünya təcrübəsindən bəzi seçmələr verilib.
İşlər qaydasında gedərsə, inşallah, iyulun 15-dək təqdimatını keçirəcəyik.

Xatırladaq ki, 2015-ci ildə "Azadinform İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyevin "Azərbaycanda birgəyaşayış və multikulturalizm kitabı çapdan çıxıb.