Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Unikal.org Fonda istinadən xəbər verir ki, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən V.Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2017-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, Ramiz Əskər, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2017-cı ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.
2017-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı
â„– | Qəzetin adı | Ayrılmış məbləğ |
1. | "Kaspi qəzeti | 60000 |
2. | "Yeni Azərbaycan qəzeti | 60 000 |
3. | "Səs qəzeti | 60 000 |
4. | "Mövqe qəzeti | 60 000 |
5. | "Ədalət qəzeti | 60 000 |
6. | "525-ci qəzet qəzeti | 60 000 |
7. | "Bakı-Xəbər qəzeti | 60 000 |
8. | "Yeni Müsavat qəzeti | 60 000 |
9. | "Kaspiy" qəzeti | 60 000 |
10. | "Ekspress qəzeti | 60 000 |
11. | "Palitra qəzeti | 60 000 |
12. | "Paralel qəzeti | 40 000 |
13. | "Həftə İçi qəzeti | 40 000 |
14. | "Azad Azərbaycan qəzeti | 40 000 |
15. | "Şərq qəzeti | 40 000 |
16. | "Xalq Cəbhəsi qəzeti | 40 000 |
17. | "Futbol+Qol qəzeti | 40 000 |
18. | "Bizim Yol qəzeti | 40 000 |
19. | "Olaylar qəzeti | 40 000 |
20. | "Novoye Vremya qəzeti | 30 000 |
21. | "Futbol+ qəzeti | 30 000 |
22. | "Üç Nöqtə qəzeti | 30 000 |
23. | "Azernews qəzeti | 30 000 |
24. | "Unikal qəzeti | 20 000 |
25. | "Olimpiya Dünyasıqəzeti | 20 000 |
26. | "Oxu Məni qəzeti | 20 000 |
27. | "Reytinq qəzeti | 9 000 |
28. | "Təhsil Problemləri qəzeti | 9 000 |
29. | "The Business Times qəzeti | 9 000 |
30. | "Hərbi And qəzeti | 9 000 |
31. | "Türküstan qəzeti | 9 000 |
32. | "İqtisadiyyat qəzeti | 9 000 |
33. | "Hürriyyət" qəzeti | 9000 |
CƏMİ | 33 Redaksiya | 1.223.000 |