M.İbrahimova unikal.org-a açıqlamasında bildirib ki, məlumat qərəzli xarakter daşıyır və belə bir hadisə baş verməyib.
"Hansısa jurnalistin yalan informasiya yayması qəbulolunmazdır. İkincisi yazı qərəzli yazılıb və tam kökündən yanlışdır. Bu məlumatı kim yazıbsa özü və vicdanı bilsin. Özüdə guya əməliyyatı Dövlət Təhlükəsilzik Xidmətinin əməkdaşları tərəfindən aparılıb. Bu gülünc və yanlış məlumatdır. Dövlət Xidmətinin adının hallandırılmasıda da yol verilməzdir".
Xatırladaq ki, yayılan məlumatda bildirilir ki, Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanılıb. Onun iş yerində, maşınında və evində axtarış aparılıb.
Əməliyyatı Dövlət Təhlükəsilzik Xidmətinin əməkdaşları gerçəkləşdirib. İddia olunur ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları haqda məlumatlar var.