İspaniya futbol tarixinin ən yaxşı oyunçusu müəyyənləşib.
Unikal.org xəbər verir ki, ölkənin Futbol Tarixi və Statistikaları Araşdırmaları Mərkəzinin apardığı təhlildə "Barselonanın üzvü Lionel Messi bütün rəqiblərini qabaqlayıb.
Ən yaxşı futbolçunu müəyyənləşdirmək üçün 9280 futbolçunun, 86 mövsümün nəticələri analiz edilib. Yekunda 545 xal toplayan argentinalı hücumçu İspaniya futbol tarixinin ən yaxşısı hesab edilib.
İkinci yerdə "Realın əfsanəvi oyunçusu, 528 xala sahib olan Raul qərarlaşıb. Keçmiş "Barselonalı Sezar Sançes isə 524 xal toplayıb və üçüncü olub.