Türkiyədən xəyanət?
11:01 24-07-2012
İQTİSADİYYAT
Türkiyədən xəyanət?
Sərhədlərin açılması ilə bağlı yeni oyun
Türkiyə-Ermənistan sərhədlərinin deyəsən açılması üçün yeni hiyləyə əl atılır. Belə ki, ötən il ABŞ-in dəstəyi ilə Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi gündəmə gəlmişdi və bununla bağlı niyyət protokoluda imzalandı. Amma Azərbaycanın bir başa müdaxiləsindən sonra Türkiyə və Azərbaycan cəmiyyəti ayağa qalxaraq bu prosesi dayandıra bildilər.
Buna baxmayaraq yenə də qapalı şəkildə danışıqların getməsi ilə bağlı fikirlər səslənməyə başladı və Türkiyə prezidenti Abdulla Gül bəyan etdi ki, danışıqlar hələ tükənməyib. Ekspertlər bunu da bildirir ki, ABŞ Dövlət Katibi Hillari Klinton regiona səfər edərkən sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirmişdi. Və qeyd olunurdu ki,payız aylarında sərhədlər istənilən halda açılacaq. Bunu da qeyd edək ki, indinin özündə Türkiyə-Ermənistan hava yolları da bağlı olsada özəl şirkətlər Yerevanla hava əlaqəsi qurublar və rəsmi Ankara bildirmişdi ki, özəl şirkətlərin işinə müdaxilə edə bilməzlər. İndi isə quru yollarında da özəl şirkətlərin aktivliyi müşahidə olunmağa başlayıb. Belə ki, Ermənistan dövlət nişanlı yük maşınları yaxın aylarda Türkiyə ərazisinə yük daşımaları həyata keçirə biləcəklər.
Bu barədə Ermənistan Sahibkarlar və İstehsalçılar Birliyinin sədri Arsen Kazaryan məlumat verib. Onun sözlərinə görə, tranzit yüklər son 3-4 ildə Türkiyə ərazisindən Ermənistana daxil olur, lakin əvvəllər, hətta Rusiya və Avropa maşınlarının belə buraya gəlişinə qadağa qoyulmuşdu: "Hazırda söhbət Ermənistan dövlət nömrə nişanı olan yük maşınlarından gedir. Əgər əvvəllər bizim avtoparklar yox idisə və biz bundan narahat deyildiksə, bugünkü gündə bizim beynəlxalq yükdaşımaları həyata keçirən kifayət qədər çoxlu müəssisələrimiz var".
Kazaryan onu da qeyd edib ki, belə olan halda ölkələrdə neçə maşının daxil ola bilməsi ilə bağlı kvota təyin edilir: "Bizim problem onda idi ki, dövlətlərarası əlaqələrimiz yox idi, sadəcə sürücü-əmək vizası mövcud idi". Onun sözlərinə görə, ötən il Ankaradakı lobbi təşkilatları ilə görüşlər təşkil edilmiş və məlum olmuşdu ki, Türkiyə tərəfi ötən il 200 maşının daxil olmasına icazə verib: "Bizim əmək vizaları ilə bağlı lobbi fəaliyyətimiz ona gətirib çıxardı ki, bu gün Türkiyə hökuməti icazə verdi ki, erməni sürücülər Gürcüstan səfirliyində viza əldə etsinlər və ora gedə bilsinlər. Sonda bu maşınlar Gürcüstan ərazisindən daxil ola bilirlər. Belə görünür ki, bu məsələ, bu şərtlərdə belə hüquqi tənzimləmə əldə edir",
Kazarov onu da qeyd edib ki, yaxın günlərdə Türkiyəyə bir neçə uçuşların da həyata keçirilməsi planlaşdırılır, lakin heç kim belə bir risk edərək bir neçə yüz dollarını itirmək istəmir: "Hazırda yükdaşımaların əsas istiqaməti Larsdan keçir, lakin bu məsələ hava şəraiti ilə bağlı qışda daha da ağırlaşacaq. Belə ki, giriş qapısı bağlanacağı üçün Türkiyədən keçmək lazım gələcək...Unutmayın ki, biz bu gün İstanbuldan tranzit liman kimi yüklər alırıq. Əgər biz yenidən Gürcüstana getməli olsaq bu bizə sərfəli olmayacaq. Əsəs nəqliyyatdan danışanda bazarda rəqabət aparan və xidmət təklif edən şirkətlər Trabzona daxil olmurlar. Onların iri gəmiləri İstanbul və Mersində boşaldılır. Əgər Trabzon-Gümrü dəmir yolu açılsaydı bu başqa məsələ. Erməni-türk sərhədi açılmasa bunun heç bir mənası yoxdur, xeyir yoxdur".
Ekspertlər bildirir ki, ilkin halda Ermənistan dövlət nişanlı maşınlar Gürcüstan vasitəsi ilə çıxsalarda,növbəti mərhələdə bir başa Türkiyə-Ermənistan sərhəddindən istifadə edərək yüklərin daşınmasını həyata keçirəcəklər. Bunu da xatırladaq ki, sərhəd yolu ötən il qismən bərpa olunub və istənilən an yolun açılması ilə yüklərin daşınmasına start veriləcək. Bu isə faktiki sərhədlərin açılması deməkdir. Ekspertlər bunu da bildirir ki, hazırda Ərdoğan hakimiyyəti müxalifətlə də danışıqlara başlayıb və məqsəd onlarında dəstəyini almaqdır. Hazırda müxalifətdə olan MHP əsas etirazçı partiya kimi tanınıb. CHP-yə gəldikdə isə ötən prosesdə CHP-də AKP-yə qarşı çıxmışdı. Amma bildirilir ki, hazırda CHP-in xəttində bir mülayimləşmə var və bu davam edərsə türkiyə parlamentində yetərli qədər səs olacaq ki, sərhədlərin açılması ilə bağlı ötən il imzalanan niyyət protokolunu rəsmiləşdirsinlər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35