Ukraynalı Viktoriya Bayramova İslamı qəbul edib.
Unikal.org bildirir ki, əri Kamran Bayramovla Bakıda yaşayan 27 yaşlı Viktoriya Bayranmova qohumlarını ziyarət etmək üçün getdikləri Türkiyənin Balıkesir Manyas qəsəbəsində müsəlman olmaq üçün müftiyə müraciət edib. Burada o kəlmeyişəhadət gətirərək müsəlman olub.
İslami qəbul edən Viktoriyaya Qurani-Kərim və İslam dininə aid kitablar həddiyə edilib.
Adını Məryəm olaraq dəyişdirən Bayramova İslam dinini seçdiyi üçün xoşbəxt olduğunu dilə gətirib.