Vətəndaşların şikayətçi olduğu yol təmirdən sonra istifadəyə verilib.
Azəravtoyol ASC-dən Unikal.org-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tikinti işləri yekunlaşıdırılıb.
Tikinti işləri çərçivəsində küçənin eni 4-5 metr arasında ərazidən asılı olaraq 9-12 metrə qədər genişləndirilib. Yol yatağının tikintisindən sonra asfaltlanma işləri görülüb ki, ümumilikdə yolun asfaltlanması üçün 20 min m2 sahəyə 2 qat 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib.
Etibar Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1.5 m enində piyada səkiləri inşa edilib.
Qeyd edək ki, layihəyə uyğun bütün işlər tamamilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolcizgi və yolgöstərci xətlərinin çəklişi işləri aparılıb.