"Xəzər dənizinin Azərbaycana mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyÂyatları keçirməklə terrorÂçu qrupların zərərsizləşÂdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması mövzuÂsunÂda taktiki təlim keçirilib.
Dövlət Sərhət Xidmətinin mətbuat mərkəzindən unikal.org-a verilən məlumata görə, itisürətli və yüksək üzmə qabiÂliyyətinə malik, mükəmməl naviqasiya və radiotexniki avadanlıqÂlarla, müasir silahlarla təchiz edilən sərhəd gözətçi gəmiləri taktiki təlimdə yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdirÂiblər.
Taktiki təlimin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyəÂtinin idarəetmə bacarığının inkişaf etdirilməsi, dənizdə sərhəd axtarıÂşının aparılÂması, helikopterlərin və gəmilərin raket-artilleriya qurğularınÂdan atışların keçirilməsi üzrə praktiki vərdişÂlərin təkmilləşÂdirilÂməsi olub.
Üç mərÂhələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçıÂxarma rayonlarının, platÂformaların, ixrac boru kəmərÂləriÂnin mühafizəsi və müÂdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraiÂtə keçirilməsi və birgə axtarış əməliyÂyatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qruÂpun helikopter vasitəsilə gəmiyə desantlaşÂdırılÂması, gəmidə şərti düşÂmənin terror-təxÂribat qrupunun zərərsizləşÂdirilməsi, dayanÂdırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi axÂtaÂrış vasitələri ilə baxış keçiÂrilməsi, kütÂləvi qırğın silahlarının komÂponentlərinin və narkotik vasiÂtələÂrin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəÂmilərinin, Çevik Hərəkət Qüvvələrinin helikopterlərinin raket kompleksÂləri və zenit-artilleriya qurğuÂlarınÂÂÂdan suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş aparaÂtının və tələblərə tabe olmayan üzmə vasitəsinin, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının aşkarlanması və məhv edilÂməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.
Təlimdə qarşıya qoÂyulan vəzifələr tam həcmdə icra olunmuş, şəxsi heyət möhkəm intiÂzam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin QuÂliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik etmiş, Xəzər dəÂnizinÂdə dövlət sərhədÂlərinin etibarlı müÂhafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməÂsiÂnin, neft-qaz hasilatı və daşınması infrastrukÂturunun təhlüÂkəÂsizÂliyiÂnin təmin edilməÂsinin Dövlət Sərhəd XidməÂtinin əsas vəzifələrindən biri olmasını vurğulamış, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşÂdirilməsi və şəxsi heyətin peşəkarÂlığının daha da artırılması üzrə tapşırıqlar verib.