Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov sosial şəbəkə hesabında ona ünvanlanan ərizəyə diqqəti yönəldib.
Unikal.org Eyub Hüseynovun sözügedən paylaşımını təqdim edir:
"Ehtiyatlı olun. Dərmanlardan yenə şikayət! Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) müraciət etmiş şəxsin ərizəsini nəzərinizə çatdıraraq, ehtiyatlı olmağa çağırıram. Ərizədən məlum olur ki, qida əlavələri dərman adıyla satılır. AİİB sədrinin "Konon" aptekinin səlahiyyətlisi hörmətli Günay xanımla problemi mediasiya yolu ilə həll etmək Günay xanımın dövlətin qanunlarına iradı ilə nəticələnmişdir. AİİB bu məsələ barədə Səhiyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər göndərmişdir.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova Bakı şəhəri S.Cavadxan 48b ünvanında yaşayan Ələsgərova Nigar Qabil qızı tərəfindən
Ərizə
01.08.2017 tarixdə "Konon" aptekdən (Hüseynbala Əliyev küçəsi mənzil 3018) 32.85 AZN ödəyərək həkimin şifahi tapşırığına əsasən 1 qutu Depomin effervescent aldım. Hüzür yeri düşdüyü üçün rayona getdim.İlk dəfə olaraq 04.08.2017 tarixdə içlikdə göstərilən qaydaya uyğun olaraq 1 ədəd içdim. Mədəmdə ciddi narahatlıqlar hiss etdim. Məcbur olub 2-ci dərmanın 2/1 hissəsini 07.08 tarixdə içdim. Bu dəfə mədəmdə şiddətli ağrı tutdu, getdikcə ağrı artdı.1 saat sonra qusdum. Yenə də yaxşılaşmadım. Təcili yardım gəldi. Mənə 3 iynə vuruldu. 4 gün müddətində özümü pis hiss etdim, yemək yeyə bilmədim. 09.08 tarixdə nişanlım dərmanı kassa çekini götürüb aptekə getdi. Bu dərman barədə sonra qeyd edəcəyim iradları bildirməklə dərmanı qaytarmaq üçün müraciət etsə də, aptekdə işlənmiş listi götürüb dərmanı qaytarmaqdan imtina etdilər. 15.08 tarixdə aptekə yaxınlaşdım. Dərmanın qaytarılmasını xahiş etsəm də, bunun mümkün olmadığını dedilər. İnternet resurslarından axtarış apardım. Dərman qutusuna diqqətlə baxdım.
1.Ştrix kod yapışdırılmamış, 997 prefiksi heç bir ölkəni əks etdirmir.
2.İçlik yalnız Azərbaycan dilindədir.
3.Səhiyyə Nazirliyi ilə əlaqə saxladım, məlum oldu ki, bu dərman qeydiyyata alınmayıb.
4.yerli distribütorun heç bir rekviziti yoxdur.
5.Karantin müfəttişliyindən sorğu etdim, məlum oldu ki, bu dərman deyil, qida əlavəsidir.
6. preparatın nə içliyində ,nə də etiketində qida əlavəsi olması barədə heç bir məlumat yoxdur.
7."Ace Biotics Cj Labs Miami USA-nın ekskluziv sifarişi ilə yazılmış şübhəli cümlə vardır. Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız.32.85 AZN pul qaytarılsın. Dərmanın ekspertizası keçirilsin,mənə yazılı cavab verilsin və bu barədə dövlət orqanalrına və KİV-ə məlumat verilsin.