Adanada özünü həkim olaraq tanıdıb, 4 adama plomb və botoks edən "saxta estetik cərrah" həbsxanadan qaçan şəxs tutulub.
Unikal.org Haberler-ə istinadən xəbər verir ki, Yunanıstana qaçmağa hazırlaşan Soner Gülnaz, həbsxanadan yoxa çıxdıqdan 5 gün sonra tutulub.
Məlum olub ki, o həbsxanadan qaçdıqdan sonra saxta sənədlə Bakıya və ordan geri qayıdaraq Yunanıstana qaçmaq istəyərəkən yaxalanıb.
Oğurluqdan barəsində 5 il 3 ay şərti azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün Adana Açıq Ceza Təcridxanasına göndərilmişdi. 10 avqust axşamı həbsxana yoxlanışında qaçdığı məlum olan Gülnaz haqqında həbs qərarı çıxarılmışdı.