Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilov atasına heykəl qoydurduğu üçün sosial şəbəkələrdə sərt tənqid olunub.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, deputat atası Gülabba Xəlilov üçün heykəli Sabirabad rayonunun Nizami kənd bələdiyyəsinin qarşısında qoydurub. Sosial şəbəkələrdə yazılanlara görə, kənd sakinləri mühim günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilir. Bundan başqa, heykəl şəhidlər lövhəsinin qarşısında qoyulub.
Qeyd edək ki, deputatın atası Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub.
13:08
"Bu mövzu barədə çox danışmaq istəmirəm. Amma o büstdür, heykəl deyil. Atam Sovet Sosialist əməyi qəhrəmanı, deputat olub, 4 dəfə "Lenin ordeninə layiq görülüb.
Bu sözləri "Qafqazinfoya açıqlamasında millət vəkili Rüstəm Xəlilov deyib. Sabirabad rayonundan deputat seçilən R. Xəlilov atasına heykəl qordurmağı barədə yayılan xəbərlərə münasibət bildirib: "Ulu öndər dəfələrlə bizim kənddə olub. Büst Sovet vaxtı qoyulub və bu həmin dövrün tələbi olub. Hətta Sovet dövründə kolxoza atamın adı verilib.