Rusiyada yolda buzların arasında İphone 4 tapan gənc onu işlətməyi bacarıb.

Unikal.org aznews.az-a istinadən xəbər verir ki, gənc telefonu işlək vəziyyətə gətirmək üçün maraqlı üsula əl atıb. Nəmliyi surətlə özünə çəkmək xüsusiyyəti olan düşü gəncin köməyinə çatıb. Belə ki, o, telefonu bir müddət düyünün içərisində saxlayıb. 

Beləliklə, düyünün dehidrasiya xüsusiyyətindən faydalanan gənc həmin şəkilləri sosial şəbəkədə paylaşıb.

Ümumiyyətlə, qurulandığı halda içərisində hələ də nəmi olan cib telefonlarını tamamilə qurutmaq üçün ən yaxşı yol, onu düyü ilə dolu bir qabın ortasına qoyaraq, ağzını bağlamaq və ən azı bir gün gözləmək lazımdır. Düyü dənələri nəmi tez bir zamanda udmaq xüsusiyyətinə malikdir.