Tovuz sakininin pensiya kartından iki kredit borcu eyni anda çıxılır. Özünə isə bir qəpik də qalmır. Yataq xəstəsi olan 64 yaşlı qadının bu pula ehtiyacı isə böyükdür. Bəs görəsən bu vəziyyətdə pensiya kartında olan bütün pulun kreditlərə çıxılması doğrudurmu?
Unikal.org xəbər verir ki, yaşlı qadının bütün təqaüdü kredit üçün hesabından çıxılır.
Tovuz sakini olan 64 yaşlı Səfurə İsmayılovanın artıq iki ildir ki, iki banka borcu var. O, kreditlərin ödənişini bir müddət sistemli şəkildə həyata keçirsə də daha sonra sağlamlığında problem yaranması ilə bağlı olaraq bankların birindən borcu ödəmək üçün möhlət istəyib. İlk əvvəl bankdan buna razılıq verilsə də daha sonra qadın pensiya kartında olan bütün məbləğin çıxıldığını görüb.