Bu gecə metronun "Sahil stansiyasına bağlanacaq və sabah səhər saatlarından etibarən təmir başlayacaq.
"Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən unikal.org-a verilən məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış "LT-3 tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe şirkətinin "Viktoriya tipli 4 eskalatoru quraşdırılacaq.
"Sahil stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.
Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.
Qeyd edilənləri nəzərə alaraq, "Bakı Metropoliteni QSC sərnişinlərin diqqətinə çatdırır ki, avqustun 20-dən etibarən qatarlar "Sahil stansiyasında dayanmadan "İçərişəhər və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.