İsmayıllı rayonunda maraqlı hadisə qeydə alınıb.
Unikal.org xəbər verir ki, avtosfer.az-a oxuculardan biri foto göndərib. Fotoda "VAZ 21011" markalı, 10 KE 291 dövlət nömrə nişanlı avtomobilin yük yerində iki nəfər sərnişin qismində əyləşib.
Görünür ki, avtomobilin salonunda yer olmadığından sürücü bu "orijinal" metodu seçib.
Qeyd edək ki, qanunvericiliklə bunun 60 manat, 3 bal cəriməsi var. Yəqin ki, 60 manatlıq protokol gələndə sürücü bu "orjinal" metoduna görə çox peşman olacaq.