Dövlət Sərhəd Xidmətinin Horadiz, Şəmkir, Zaqatala sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Unikal.org-un məlumatına görə, Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə təsadüf edən andiçmə mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiÂqaməÂtindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşÂdirdiyi milli sərhəd strateÂgiyasının Azərbaycan Respublikasının Prezidenti Silahlı QüvvəÂlərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilÂməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılÂmasından danışmış, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyÂyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə ediblər.
Sərhədçilər bu il də peşə bayramlarını xidmətdə qazandıqları müsbət nailiyyətlər və yüksək əhval-ruhiyə ilə qarşılayırlar. Bir neçə gün öncə AzərÂbayÂcan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqÂçuları və mülki işçiləri müxtəlif medallarla və fəxri adlarla təltif edilmişlər. Bu ali dövlət təltiflərini sərhədçilər böyük ruh yüksəkliyi ilə qarşılamış, yüksək etimad ilə fəxr etdiklərini bildiriblər.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakÂçılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.
Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqlarını tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.