Azərbaycan Gürcüstanda Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsi üçün ikinci helikopter göndərib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin birinci helikopteri artıq adıçəkilən qoruq yaxınlığında yerləşən Daba kəndində yanğının söndürülməsinə cəlb olunub. Helikopterin səhər saatlarından yanğınsöndürmə prosesinə cəlb olunması gözlənilsə də, güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.

15:55

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.

FHN-dən unikal.org-a verilən məlumata görə, Nazirliyin Aviasiya dəstəsinə məxsus helikopter qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.