Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən unikal.org-a verilən məlumata görə, abituriyentlər nəticələrini bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Yerləşdirmənin tam nəticələri yaxın saatlarda DİM-in internet səhifəsində də yerləşdiriləcək.